Parisdəki etirazlarda həbs olunanların sayı artır

11 Yanvar 2020 22:43

Parisdə pensiya islahatlarına qarşı etiraz aksiyalarında iştirak edənlər arasında tutulanların sayı 19 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, daha əvvəl saxlanılanların sayının 7 olduğu bildirilirdi.

14:00-da başlayan nümayiş, üzlərini maskalar altında gizlətmiş qara paltarlı bir qrup gəncin aksiyaya qoşulduğuna qədər dinc keçib. Maskalılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş, şüşə atmağa başlayıb. Hüquq-mühafizə orqanları öz növbəsində gözyaşardıcı qazdan istifadə ediblər.

Milli.Az