Parisdə radikallar iğtişaşlar törədiblər

11 Yanvar 2020 18:58

Fransa paytaxtında pensiya islahatlarına etiraz aksyaları zamanı radikallar iğtişaşlar törədiblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, nümayiş, üzlərini maskalar altında gizlətmiş qara paltarlı bir qrup gəncin aksiyaya qoşulduğuna qədər dinc keçib.

Payataxtın Domenil prospektində, maskalılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş, şüşə atmağa başlayıb. Hüquq-mühafizə orqanlarını öz növbəsində gözyaşardıcı qazdan istifadə ediblər.

Milli.Az