Türkiyədə zəlzələ baş verib

11 Yanvar 2020 18:17

Türkiyənin Marmara bölgəsində İstanbulun Silivri rayonuna yaxın ərazidə Rixter cədvəli ilə 4.7 bal gücündə zəlzələ baş verib. Yeralti təkanlar İstanbulun mərkəzi hissəsində və ətraf bölgələrdə hiss edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkan yerli vaxtla 16.37-də də qeydə alınıb.

Dağıntı və tələfat barədə hələ ki, məlumat yoxdur.

Milli.Az