İran vurulan təyyarənin “qara qutu”sunu Fransaya göndərir

11 Yanvar 2020 18:20

Tehran hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra İran hərbi qüvvələri tərəfindən səhvən vurulan Ukraynanın "Boeing 737-800" təyyarəsinin "qara qutu"ları oxunması üçün Fransaya göndəriləcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu İran Mülki Aviasiya Təşkilatının Hadisələrin araşdırılması şöbəsinin müdiri Həsən Rzayifər bildirib.

Qeyd edək ki, sərnişin təyyarəsi hərbiçilər tərəfindən vurulduqdan sonra əksəriyyəti İran və Kanada vətəndaşları olan 176 nəfərin hamısı ölüb. İran hakimiyyəti təyyarənin təsadüfən vurulduğunu bildirib.

Milli.Az