“Twitter” Xamneyinin hesabını bağlayıb

11 Yanvar 2020 15:28

"Twitter" sosial şəbəkəsi İranın ali lideri Əli Xamneyinin ingilisdilli hesabını bağlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Ə.Xamneyinin hesabını açarkən ingilis dilində "Diqqət: bu hesabın aparılması müvəqqəti dayandırılıb" yazısı çıxır.

Bununla belə, ali liderin fars, fransız və ərəb dillərində olan hesabları fəaliyyətini davam etdirir.

Milli.Az