Bir qrup gənc Maştağadakı Ruhi-Əsəb Dispanserinə xəstələri məsxərəyə qoydu - FOTO

11 Yanvar 2020 15:17

Səhiyyə Nazirliyinin Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi-Əsəb Dispanserində xəstələrin məsxərəyə qoyulduğunu əks etdirən videogörüntü üzə çıxıb.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda bir qrup gəncin pasiyentləri ələ salaraq kameraya çəkməsi əks olunub.

İddiaya görə, görüntülər Maştağada yerləşən dispanserdə qeydə alınıb.

Sözügedən video sosial şəbəkələrdə hiddətlə qarşılanıb. Sosial şəbəkə istifadəçiləri gənclərin qapalı müəssisəyə necə daxil olduqlarına təəccübləndiklərini bildiriblər.

Hadisədən fotogörüntüləri təqdim edirik.

Milli.Az