Tanınmış jurnalist deputatlığa namizədliyini verdi

11 Yanvar 2020 14:29

Tanınmış idman jurnalisti, ATV-də redaktor vəzifəsində çalışan İlkin Fikrətoğlu (Xəlilov) da deputat olmaq istəyir.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, İlkin 54 saylı Şabran - Siyəzən seçki dairəsindən deputatlığa namizəddir. O imzaları toplayarayaq, DSK-ya təqdim edib. Yaxın günlərdə namizədliyinin qeydə alınacağı gözlənilir.

Qeyd edək ki, Parlament seçkiləri 9 fevral tarixində baş tutacaq.

Milli.Az