Günün yuxuyozması
24 Noyabr 2011 06:00
Milli.Az xəbər portalı Vanqa, Miller, Freyd, Nostradamus, Loff və digər müəlliflərin kitablarına əsasən, yuxunuzu yozmağa çalışacaq.
Göl - Gənc qadın yuxuda gölün çirkli sularında yalqızdırsa, bu, bir çox dəyişikliklərə işarədir; o, tezliklə keçmişdə etdiyi dəliliklərdən, ağılsız hərəkətlərdən peşman olacaq və yaxşı işlərə can atacaq. Sərt daşlar və quru ağaclarla əhatə olunmuş çirkli göl planlarınızın kədərli sonuna işarədir. Gözəl, yaşıl sahilli çirkli göl - mənəvi gücünüz ehtirasınız üzərində qalib gələcək və enerjinizi təhlükəsiz və etibarlı istiqamətə yönəldəcək. Göl təmizdirsə və az bitkilərlə əhatə olunubsa, bu o deməkdir ki, təminatlı yaşayışınız əxlaqsız hərəkətləriniz ucbatından məhv olacaq. Gölün təmiz suyunda öz əksini görmək sizi sevinc və sevimli dostlar gözlədiyinə işarədir.
Ev quşu - bədxərcliyə işarədir. Əgər gənc qız yuxuda ev quşunun dalınca qaçırsa, bu o deməkdir ki, o, öz dəyərli vaxtını boş-boş əyləncələrə sərf edəcək.
Kakao - o deməkdir ki, öz mənafeyiniz, məqsədləriniz və əyləncə üçün xoşagəlməz insanlarla dostluq edəcəksiniz.
Mişar - Yuxuda mişardan istifadə etmisinizsə, deməli, siz enerjili və işgüzar adamsınız, evinizdə isə gümrah və şən əhval-ruhiyyə hökm sürür. Yuxuda böyük mexaniki mişar görmüsünüzsə, bu, sizə yaxşı gəlir gətirən böyük işlər idarə edəcəyinizə işarədir. Qadın belə yuxu görübsə, deməli, ona hörmət edəcəklər və məsləhətlərinə qulaq asacaqlar. Paslanmış və sınıq mişar uğursuzluğa işarədir. Yuxuda mişar itirmək acınacaqlı gələcəyi olan işlərdə iştirak edəcəyinizə işarədir. Yuxuda mişarın səsini eşitmək bolluq və rifaha işarədir. Yuxuda paslanmış mişar tapmaq - ola bilsin ki, uğurunuzu geri qaytaracağınıza işarədir. Yuxuda çiynində mişar daşımaq o deməkdir ki, sizə böyük və əlverişli işləri həvalə edirlər.
Ox - Yuxuda ox görmüsünüzsə, sirriniz heç vaxt açılmayacaq. Əlinizdə ox gəzdirirsinizsə, həyatda uzun müddət sakit, rahat yaşayacaqsınız.
Milli.Az