Qadın bir ildə 4 uşaq DOĞDU

12 Yanvar 2020 07:00

Amerikanın Florida ştatındakı Vest Palm Beach şəhərinin sakini, 1 ildə iki dəfə əkiz uşaq dünyaya gətirib.

Milli.Az bildirir ki, 2019-cu ilin mart ayında Alexandria Vallistonun Mark və Malachi adını verdiyi əkizləri doğulub. Qadın may ayında yenidən əkizlərə hamilə olduğunu öyrənib.

Beləliklə, 27 dekabrda Kaylen və Caleb  əkizləri dünyaya gəlib. "Əkizləri dünyaya gətirə biləcəyimi heç təsəvvür etmirdim", - deyə qadın bildirib. (ölkə.az)

Milli.Az