Voleybol millimiz yenə uduzdu

11 Yanvar 2020 09:31

Niderlandda qadın voleybolçular arasında keçirilən Avropa Olimpiya Təsnifat turnirində qrup mərhələsinə yekun vurulub. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Azərbaycan yığması Apeldornda son oyununa çıxıb.

Millimizin qrupda son rəqibi Polşa olub. Bu görüş Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya şansını itirən millimiz üçün formal xarakter daşıyırdı. 

İlk iki oyunda məğlub olan yığmamız bu görüşdə də uduzub - 0:3.

10 yanvar

Avropa Təsnifat Turniri

A qrupu

Polşa - Azərbaycan 3:0 (25:19, 25:19, 25:23)
Apeldorn (Hollandiya), "Omnisport" salonu

Milli.Az