Avropaya göndərilməsi nəzərdə tutulan 1,5 ton kokain müsadirə edilib

11 Yanvar 2020 09:42

Boliviyanın hüquq-mühafizə orqanları Belçikaya göndərilməsi nəzərdə tutulan 1,5 ton kokain müsadirə ediblər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Arturo Murilyo bildirib.

A.Murilyo deyib: "Biz 1,5 ton narkotik müsadirə etmişik, bu çox əhəmiyyətli, demək olar ki, tarixi hadisədir".

Nazir qeyd edib ki, müsadirə edilmiş kokainin ümumi dəyəri 64,5 milyon dollardır. La-Pasda keçirilən əməliyyat zamanı 5 nəfər saxlanılıb.

Milli.Az