ABŞ-ın "MTV" kanalında yayımlanan "Are You The One?" realiti-şousunun ulduzu Aleksis Eddi ölü tapılıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Fox News" xəbər verib.
Mərhumun 23 yaşı var idi. O, Qərbi Virciniyada ürəktutmasından ölüb.
Qızın ölümü şübhə doğurmasa da, onun cəsədi toksikoloji ekspertizaya göndəriləcək.
Qeyd edək ki, Eddi "Are You The One?" evlilik şousunda 2017-ci ildə iştirak edib.
Milli.Az