Tramp sanksiyaların İran iqtisadiyyatına təsirindən danışıb

11 Yanvar 2020 09:14

ABŞ-ın İrana qarşı yeni sanksiyaları bu ölkənin iqtisadiyyatına böyük mənfi təsir göstərəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Bu icra vərəqəsi xarici maliyyə institutlarına qarşı ikinci güclü sanksiyalara səbəb olaraq İranın iqtisadiyyatına ciddi təsir göstərəcək".

Qeyd edilir ki, "İran terrorizmin dünyada aparıcı sponsoru olaraq qalmaqda davam edir".

Milli.Az