Bakıda KİA yanıb

11 Yanvar 2020 08:48

Bakının Sabunçu rayonunda "KİA" markalı minik avtomobili maneəyə çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Milli.Az-a verilən məlumata görə, nəticədə avtomobilin yanar hissələri yanıb.

Yaxınlıqdakı tikili yanğından mühafizə olunub. Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az