Hindistanda avtobus yük maşını ilə toqquşub, azı 20 nəfər həlak olub

11 Yanvar 2020 08:38

Hindisntanın şimalında sərnişin avtobusu yük maşını ilə toqquşub.

Milli.Az Trend-ə istinadən bildirir ki, toqquşmadan sonra sərnişin avtobusu alışıb. Qəza nəticəsində azı 20 nəfər həlak olub.

Məlumata əsasən, insident Uttar-Pradeş ştatında baş verib. Bildirilir ki, yük maşını yanar materiallar daşıyırmış.

Polis əməkdaşlarının sözlərinə görə, avtobusda təxminən 70 sərnişin olub və ölənlərin sayı arta bilər.

Milli.Az