"Milan" "Sevilya"nın müdafiəçisini icarəyə götürür

11 Yanvar 2020 07:45

"Sevilya"nın futbolçusu Simon Kyer karyerasını "Milan"da davam etdirəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi bu mövsümün sonuna kimi İtaliya təmsilçisində icarə əsasında oynayacaq. Bununla bağlı klublar arasında razılıq əldə olunub.

Qeyd edək ki,  S.Kyer mövsümün ilk yarısını icarə əsasında "Atalanta"da keçirib. O, A seriyasında 5 matçda meydana çıxıb.

Milli.Az