Pakistanın Kvetta şəhərindəki məsciddə baş verən partlayış nəticəsində 11 nəfər ölüb, 12 nəfər yaralanıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, partlayış axşam saatlarında Qusabad rayonunda olub.
Polis partlayışın səbəbini araşdırır. Hüquq-mühafizə orqanları ərazini mühasirəyə alıb və hadisə ilə əlaqədar istintaq başlayıb.
Milli.Az