Baba Vəziroğlu “Şöhrət” ordeni ilə təltif edildi - SƏRƏNCAM

10 Yanvar 2020 17:30

Prezident İlham Əliyev B.V.Məsimovun (Baba Vəziroğlunun) "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə Baba Vəzir oğlu Məsimov (Baba Vəziroğlu) "Şöhrət" ordeni ilə təltif edilsin".

Milli.Az