Cenk Tosun İngiltərədə klubunu dəyişdi

10 Yanvar 2020 17:11

Türkiyə millisinin hücumçusu Cenk Tosun klubunu dəyişib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, müqavilə ilə "Everton"a məxsus olan 28 yaşlı futbolçu Premyer Liqanın digər təmsilçisi "Kristal Pelas"a keçib. Cenk mövsümün sonuna qədər icarə qaydasında həmin komandada oynayacaq.

Qeyd edək ki, cari mövsüm "Everton"da 8 matça çıxan Cenk Tosun 1 qol vurub.

Milli.Az