ABŞ nümayəndələri İranda qəzaya uğramış Ukrayna təyyarəsi ilə bağlı məlumatları rəsmi Kiyevə təqdim edib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ukraynanın Xarici İşlər naziri Vadim Pristayko "Twitter" səhifəsində yazıb.
Nazir bildirib ki, prezident Vladimir Zelenski ilə birlikdə ABŞ-ın Ukraynadakı səfiri Kristina Kvinlə görüşüb:
"Vacib məlumatlar almışıq. Bu məlumatlar mütəxəssislərimiz tərəfindən araşdırılacaq".
Milli.Az