"Anamın ölüm günü mənim üçün yaxşı gündür" - FOTO

10 Yanvar 2020 16:51

Ana-bala cırışarsan, boğuşarsan. Elə insan yoxdur ki, anasını sevməsin. O, məni həmişə uşaq kimi danlayırdı. Danlayanım yoxdur indi.

Milli.Az xəbər verir ki, bu sözləri Niyam Salami ötən ay dünyasını dəyişən 77 yaşlı anası barədə danışarkən kövrələrək deyib.

Müğənni dostlarının həmin ərəfədə onu tək qoymadıqlarını bildirib:

"Yaxşı dostlarım var. Allah yaxşı dostlara can sağlığı versin, dost hər yerdə lazımdı. Onların mənə nəyi lazım oldu ki?! Pis gündə... Yaxşı gündür e, mənim üçün şəxsən yaxşı gündür. Mən o günü yaxşı gün hesab edirəm. Elə insan var ki, ölər, heç basdıra bilməzsən. Yaxşı ana idi ki, mən onun dəfninə çata bildim".

Məhəmməd Vaqif
Milli.Az