Bekhem düşmənlərinin arzusunu ürəyində qoydu

23 Noyabr 2011 11:38
"Los Angeles Qelaksi"də çempion olmaqla Amerikadakı karyerasını başa vuran Devid Bekhem yenidən İngiltərəyə qayıdıb.

Qol.Az-ın məlumatına görə, 36 yaşlı futbolçu ölkəsinə futbol oynamaq üçün qayıtdığını bildirib:

"Daha öncə də bildirmişəm ki, yaşımın çox olmasına baxmayaraq, futbolla vidalaşmaq niyyətində deyiləm. Hazırda özümü yaxşı hiss edirəm. İngiltərəyə karyeramı başa vurmaq üçün gəlməmişəm. Hələ bir neçə il də futbol oynaya bilərəm. Buna gücüm yetər".

Qeyd edək ki, 1993-2003-cü illərdə "Mançester Yunayted"də çıxış edən Bekhemlə İngiltərənin bir neçə klubu yaxından maraqlanır.

Milli.Az