ABŞ Suriyada “Hizbulla” mövqelərinə aviazərbələr endirib

10 Yanvar 2020 17:09

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri Suriyanın şərqindəki Deyr-əz-Zor əyalətində "Hizbulla" hərəkatının mövqelərinə aviazərbələr endirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, zərbələr nəticəsində 4 tank məhv edilib.

İnsan itkiləri barədə məlumat verilməyib.

Qeyd olunur ki, zərbələrin hədəfi İranın İslam İnqilabı Keşikçiləri Korpusunun komandirlərinin rəhbərlik etdiyi "Hizbulla" qüvvələrinin mövqeləri olub.

Milli.Az