"Bavariya"da dekabrın ən yaxşısı

10 Yanvar 2020 20:10

"Bavariya"da dekabr ayının ən yaxşı futbolçusu məlum olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu, Alfonso Deyvisdir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı yarımmüdafiəçi azarkeşlər arasında keçirilən sorğuda 41 faiz səslə qalib olub.

Deyvis, "Bavariya"da ilə dekabrda çıxdığı 5 oyunda 1 məhsuldar ötürmə edib.

Milli.Az