İranda zəlzələ olub

10 Yanvar 2020 15:27

İranın Xorasan Rəzəvi və Cənubi Xorasan əyalətlərində zəlzələ baş verib.

Milli.Az APA-ya istinadla xəbər verir ki, yeraltı təkanlar Sənqan şəhərində 4,1 bal gücündə qeydə alınıb. Zəlzələ 10 kilometr dərinlikdə yerli vaxtla saat 09:54-də baş verib.

Xilasedicilər və ekspert qrupu hadisə yerinə göndərilib, hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.

Milli.Az