Süni intellekt kosmik gəmidə yaranan səsləri qeydə alacaq

11 Yanvar 2020 22:10

NASA alimləri Bosch tərəfindən hazırlanan "SoundSee" sensor sistemini kosmos tədiqaqtalarında istifadə edəcəklər.

Milli.Az ted.az-a istinadən bildirir ki, "SoundSee" sistemi "Astrobee" uçan robotunda yerləşdirilib.

Sözügedən sistem kosmik gəmidə yaranan səsləri qeydə alacaq. Daha sonra isə alimlər süni intellekt vasitəsilə səsləri təhlil edərək, yaranmış  texniki problemlərlə  bağlı mütəxəssislərə  məlumat verəcəklər.

Qeyd edək ki, 2019-cu ilin sonunda kosmosa göndərilən sistem vasitəsilə təcrübə bu ilin əvvəlindən ABŞ mütəxəssisləri tərəfindən aparılacaq.

Milli.Az