İstifadəçi hesabındakı şəkillərdə bu əlamətlər varsa profil bloklanır

11 Yanvar 2020 21:10

Apple şirkəti iCloud ehtiyat bazasına yığılan şəkilləri skan edir.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda şirkətin məxvi şöbəsinin direktoru Jane Horvath məlumat yayıb.

Şöbə direktorunun məlumatına görə, İCloud-da olan şəkillərin skan edilməsində əsas məqsəd uşaqlara qarşı qəddar rəftar və cinsi zorakılıq əlamətlərinin olub-olmadığını müəyyən etməkdir.

Şəkillərin skan edilməsi avtomatik formada müasir texnologiya əsasında aparılır. Skan edilən şəkillərdə şiddət və cinsi zorakılıq aşkarlandıqda onların aid olduğu hesablar dərhal bloklanır.

Milli.Az