“Android” cihazlar üçün qrafik planşet təqdim edilib

11 Yanvar 2020 07:41

Fərdi kompüter və ya noutbuklarla işləmək üçün nəzərdə tutulmuş müasir qrafik planşetlərin əksəriyyəti mobil əməliyyat sistemlərinin idarəetməsi altında işləyən qurğuları dəstəkləmir. "Wacom" şirkəti yalnız masaüstü kompüterlərə deyil, həm də "Android" cihazlara qoşulma üçün nəzərdə tutulmuş "One" aksesuarını təqdim edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, şirkət "CES 2020" sərgisində "Windows" və "MacOS" sistemlərinin idarəetməsi altında işləyən fərdi kompüter, həmçinin "Google"un mobil əməliyyat sisteminin idarəetməsi altında işləyən qurğuları dəstəkləyən model nümayiş etdirib. "Wacom One" adlı planşet 1920x1080 piksel təsvir ölçülü 13 düymlük ekranla təchiz edilib. Cihaz həvəskar rəssamlar üçün texnoloji həll kimi xarakterizə edilir.

Modelin özəlliyi şarj tələb etməyən stilusla təchiz edilməsidir. Planşetin ölçüləri 225 x 357 x 14,6 mm, çəkisi 1 kq-dır.

Milli.Az