"Sumqayıt" "Şaxtyor"la qarşılaşacaq

10 Yanvar 2020 12:44

Yanvarın 12-dən 26-dək Antalyada təlim-məşq toplanışında olacaq "Sumqayıt"ın daha bir rəqibi məlum olub.

Milli.Az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Qazaxıstanın "Şaxtyor" klubu ilə qarşılaşacaq. Karaqanda təmsilçisi matçın yanvarın 25-də keçiriləcəyini elan edib.

Ayxan Abbasovun rəhbərlik etdiyi komanda yanvarın 14-də Macarıstanın "Kaposvar", 17-də Rumıniyanın "Politexnika İaşi", 21-də isə Polşanın "Arka" klubları ilə qarşılaşacaq.

Milli.Az