Silahlı kişi qızıl dükanını qarət edərkən aralarında iki yaşlı uşaq olmaqla, üç nəfəri öldürüb. Dəhşətli hadisə Tailandda, Banqkok yaxınlığında baş verib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, üç yaralı xəstəxanaya çatdırılıb.
Hüquq-mühafizə orqanlarından bildirilib ki, maskalı şəxs əvvəlcə mühafizəçini güllələyib, sonra isə ətrafa atəş açmağa başlayıb. Hadisə yerindən qaçmazdan əvvəl isə o, qızıl-zinət əşyalarını da özü ilə aparıb.
Cinayətkarın axtarışına başlanılıb.
Milli.Az