Beqoviç "Bornmut"a qayıtdı

10 Yanvar 2020 20:26

Asmir Beqoviç "Qarabağ"dan ayrıldıqdan sonra müqavilə ilə məxsus olduğu "Bornmut"a qayıdıb.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, bosniyalı qapıçı İngiltərə Premyer Liqasında mübarizə aparan komandaya qoşulub. O, "gilaslar"ın bu gün baş tutan məşqində iştirak edib.

32 yaşlı qolkiperin "Bornmut"dakı gələcəyi qeyri-müəyyən olaraq qalır. Baş məşqçi Eddi Hounun planlarında yer almayan qapıçının klubdan ayrılacağı iddial edilir.

Təcrübəli qolkiper Ağdam klubunda 15 oyun keçirib və 15 qol buraxıb.

Milli.Az