"Tottenhem"də Harri Keyn şoku

10 Yanvar 2020 20:45

"Tottenhem"in kapitanı Harri Keynin zədəsi ciddidir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Sauthempton"la oyunda zədələnən ingilis hücumçu bu gün təkrar tibbi müayinədən keçib. Onun 4 ay meydana çıxa biməyəcəyi məlum olub. İlkin müayinə zamanı Keyndə əzələ yırtığı aşkarlanmışdı.

Qeyd edək ki, komandanın lideri bu mövsüm 25 oyuna 17 qol vurub, 2 məhsuldar ötürmə edib.

Milli.Az