Parisdə nümayiş zamanı 16 polis yaralanıb

10 Yanvar 2020 07:58

Parisdə pensiya islahatına qarşı nümayişdə baş verən toqquşmalarda on altı polis yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "BFMTV" telekanalı bildirib.

Bildirlib ki, Müqəddəs Avqustin meydanı ərazisində polislə radikal etirazçılar arasında qarşıdurma baş verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları nümayiş iştirakşılarının dağıdılması zamanı xəsarət alıb.

Qeyd edilib ki, saat 18.00-a qədər 24 insan saxlanılıb.

Milli.Az