Meksikada ən böyük vulkan püskürüb

9 Yanvar 2020 23:08

"Cenapred" Fəlakətinin Qarşısının Alınması üzrə Milli Mərkəzi ən böyük Meksika vulkanı olan "Popokatepetl"in püskürməsi barədə məlumat verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Mərkəzin öz "Twitter" səhifəsində bildirilib.

Məlumata əsasən, kül sütunu 3 kilometrə qədər çatıb:

""Sarı" təhlükə səviyyəsi hələki qalır, 2-ci fazadır. Vulkana yaxınlaşmamaq tövsiyə olunur".

Milli.Az