İranda qəzaya uğrayan təyyarənin "qara qutularının" şifrəsini açmağa başlayıblar

9 Yanvar 2020 21:52

İran hakimiyyəti qəzaya uğrayan Ukrayna təyyarəsinin "qara qutularını" başqa bir dövlətə göndərib-göndərməmək barədə hələ qərar verməyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İran Aviasiya Administrasiyasının rəsmi nümayəndəsi Cəfər Zadə bildirib.

Cəfər Zadə deyib ki, hazırda fəlakətin səbəbini tapmaq üçün qara qutunun məlumatlarını oxuya biləcəyimizi deyə bilmərik:

Onun sözlərinə görə, hazırda İran mütəxəssisləri səs yazanın məlumatlarını oxumağa çalışırlar və hər şey bunun tam və ya qismən yerinə yetirilməsindən asılı olacaq.

Milli.Az