Azərbaycan dilini öyrənən xaricilər üçün tədris vəsaitləri hazırlanacaq

9 Yanvar 2020 20:02

Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutu tərəfindən Azərbaycan dilini öyrənən xarici vətəndaşlar üçün tədris vəsaitləri hazırlanacaq.

İnstitutdan Milli.Az-a verilən məlumata görə, bu işlər "Azərbaycan dilini öyrənən xarici vətəndaşlar üçün Linqvo-psixoloji vəhdət nəzəriyyəsinin tətbiqi ilə tədris vəsaitləri dəstinin hazırlanması" layihəsi çərçivəsində hazırlanacaq.

Vəsaitlərin hazırlanması 2021-ci ilədək mərhələli şəkildə yerinə yetiriləcək.

Milli.Az