"Həmin müğənni özündən 20 yaş balaca oğlanlarla görüşür" - Azərbaycanda ŞOK OLAY - FOTO

10 Yanvar 2020 10:27

Cavan oğlanlar özlərindən yaşca çox böyük müğənnilərlə gəzir. Həmin müğənni də çıxıb deyir ki, Azərbaycanda müğənnilərin ən abırlısı elə mənəm. Ən abırsızı elə sənsən, vallah. Hələ mən demirəm... 

Milli.Az xəbər verir ki, bu sözləri Tarix Əliyev (Tolik) aparıcısı olduğu verilişdə adını açıqlamadığı qadın müğənni barədə danışarkən deyib.

Tolik efirdən həmin müğənniyə sərt xəbərdarlıq edib:

"Abırsızın birisən sən. Özündən 20 yaş balaca oğlanlarla görüşməklə, çıxıb efirlərdə özünü abırlı sayıb naz-qoz eləmə". 

Məhəmməd Vaqif
Milli.Az