Gürcüstan hava limanlarında sərnişindaşıma 3 faiz artıb

10 Yanvar 2020 08:48

2019-cu ildə Gürcüstan hava limanlarında 5 milyon 200 mindən çox sərnişinə xidmət göstərilib. Bu da, 2018-ci illə müqayisədə 3 faiz çoxdur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Hava Limanları Birliyi məlumat yayıb. Bildirilir ki, ötən il Ş.Rustaveli adına Tbilisi beynəlxalq hava limanında 3,6 milyon sərnişinə xidmət göstərilib. Bu göstərici də 2018-ci illə müqayisədə 3 faiz azdır.

Acarıstan Muxtar Respublikasının Batumi aeroportundan istifadə edən sərnişinlərin sayı isə 4 faiz artaraq 624,1 min nəfər təşkil edib.

Kutaisi hava limanında 873,9 min nəfər sərnişin daşınıb, sərnişindaşınmada 42 faiz artım qeydə alınıb.

Milli.Az