"Barselona" - "Atletiko" oyununda 5 qol

10 Yanvar 2020 06:35

"Barselona" İspaniya Super Kubokunun yarımfinal mərhələsində Madridin "Atletiko" klubuna 2:3 hesabı ilə məğlub olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, turnir Səudiyyə Ərəbistanında baş tutur.

"Barselona"nın heyətində Lionel Messi (51-ci dəqiqə) və Antuan Qrizmann (62), "Atletiko"da isə Koke (46-cı dəqiqə), Alvaro Morata (82-ci deqiqə, penalti) və Anxel Korrea (86-cı dəqiqə) fərqləniblər.

Finalda "Atletiko" digər yarımfinalda "Valensiya"nı 3:1 hesabı ilə məğlub edən Madridin "Real"ı ilə qarşılaşacaq.

Milli.Az