İbrahim Tatlıses səhnələrə qayıdır - FOTO

9 Yanvar 2020 18:56

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlıses yenidən mahnı ifa edəcəyini deyib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, 68 yaşını qeyd edən sənətçi, yenidən "İbo Show" verilişi üçün çəkilişlərə başlayacağını da qeyd edib.

"Yaxında inşallah çəkilişlərə başlayırıq, mahnıda oxuyacağam", - o açıqlayıb.

Qeyd edək ki, 2011-ci ildə silahlı hücuma məruz qalan Tatlıses uzun illərdir müğənnilik fəaliyyətini dayandırıb.

Milli.Az