Türkiyədə güclü qar yağdı, məktəblər bağlandı

9 Yanvar 2020 13:37

Türkiyədə kəskin hava şəraiti ilə əlaqədar bəzi bölgələrdə məktəblər bağlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qərar Karabük, Karaman və Konya vilayətlərinin ümumilikdə 6 rayonuna şamil edilib.

Qeyd olunan bölgələrdə güclü qar yağıb. Bəzi yerlərdə qar örtüyünün qalınlığı bir metrə çatıb.

Milli.Az