Ötən ilin 11 ayı ərzində İspaniyada 80 milyona yaxın turist dincəlib

10 Yanvar 2020 06:50

İspaniya 2019-cu ilin yanvar-noyabr aylarında 79,3 milyon əcnəbi turisti qəbul edib. Turistlər bu ölkədə 87, 265 milyard avro xərcləyiblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ötənilki göstəricilərlə müqayisədə turistlərin sayı 1,2 faiz, onların xərci 3 faiz artıb.

Britaniyalılar, almanlar və fransızlar yenə də əcnəbi turistlər arasında çoxluq təşkil edirlər. Bununla belə, onların sayı azalıb. Artım əsas etibarilə ABŞ (13 faiz) və Latın Amerikası ölkələrindən (təqribən 10 faiz) gələn turistlər hesabına baş verib.

İspaniyanın ən çox gedilən regionu isə əvvəlki kimi Kataloniyadır (18,4 milyon turist).

Milli.Az