4 otaqlı evdə yanğın olub

9 Yanvar 2020 10:21

Qaradağda bir evdə yanğın hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı, döşəməsi və içərisindəki ev əşyaları 10 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az