"Real" "Valensiya"nı məğlub edib finala yüksəldi - VİDEO

9 Yanvar 2020 10:54

Səudiyyə Ərəbistanında İspaniya Super kubokunun oyunları keçirilir.

Milli.Az xəbər verir ki, ilk yarımfinal matçında "Real" və "Valensiya" qarşılaşıb. 3:1 hesabı ilə qalib gələn madridlilər həlledici oyuna vəsiqə qazanıb.

Digər yarımfinal görüşündə "Atletiko" və "Barselona" qarşılaşacaq.

"Real" - "Valensiya" - 3:1

Qollar: Toni Kroos, 15, İsko, 39, Luka Modriç, 65 - Daniel Parexo, 90+2 (pen.)

Milli.Az