Badamdarda yenidən sürüşmə baş verdi, yol bağlandı

9 Yanvar 2020 09:10

Bakının Səbail rayonunda yenidən sürüşmə hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, sürüşmə rayonun Badamdar qəsəbəsi, Badamdar şosesində qeydə alınıb.

Hadisə nəticəsində Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətində olan yol bağlanıb.

Aidiyyəti qurum əməkdaşları hadisə yerindədirlər.

Milli.Az