A seriyasında yeni prezident

9 Yanvar 2020 08:58

İtaliya A seriyasının yeni prezidenti açıqlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, qalib Paolo Dal Pino olub. O, 20 səsdən 12-ni toplayaraq, əsas rəqibi, qurumun sabiq prezidenti Qaetano Miççikeni geridə qoyub. Miççike 7 səs toplayıb.

Xatırladaq ki, Q.Miççike  2019-cu ilin noyabrın 19-da İtaliya A seriyasının prezidenti vəzifəsindən istefa vermişdi. O, 2018-ci ilin mart ayından bu vəzifəni icra edirdi.

Milli.Az