Bakıda fərdi ev yanıb

8 Yanvar 2020 22:20

Yasamal rayonunda fərdi evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 55 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb.Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az