Xalq artisti insult keçirdi - Xəstəxayana yerləşdirildi

8 Yanvar 2020 18:23

Xalq artisti Ağakişi Kazımov xəstəxanaya yerləşdirilib.

Milli.Az xəbər verir ki, bunu ölkə.az-a açıqlamasında rejissorun həyat yoldaşı, Əməkdar artist Mehriban Abdullayeva deyib.

A.Kazımov Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının reanimasiya şöbəsində müalicə alır.

Qeyd edək ki, Xalq artisti insult keçirib. Hazırda onun vəziyyəti stabil ağırdır.

Milli.Az