"Neftçi" hücumçusu ilə yolları ayırdı

8 Yanvar 2020 19:50

"Neftçi" Rauf Əliyevlə yollarını ayırıb.

Milli.Az xəbər verir ki, paytaxt klubu təcrübəli hücumçu ilə müqaviləyə birtərəfli şəkildə xitam verib.

Qeyd edək ki, Rauf Əliyev bu mövsüm "Neftçi"nin heyətində 15 oyunda meydana çıxıb, 2 qola imza atıb.

Milli.Az