Avropa İttifaqı Şurasının sədri Ərdoğanla regiondakı gərginliyi müzakirə edəcək

8 Yanvar 2020 16:50

Avropa İttifaqı Şurasının sədri Şarl Mişel yanvarın 11-də Türkiyəyə səfər edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, səfər çərçivəsində o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Görüş zamanı tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək.

Qeyd olunur ki, Ş.Mişel regionda gərginliyin azaldılması üçün dialoqun tərəfdarıdır:

"Türkiyə regionda sabitliyin təmin olunmasında vacib iştirakçıdır və Avropa İttifaqı Şurasının sədrinin İstanbula səfəri bununla bağlıdır".

Milli.Az